Xəbər lenti

Münhen konfransının əsas mövzusu nə olacaq? - ABŞ dövlət katibi açıqladı
Dünya 12:44 11.02.2025

Münhen konfransının əsas mövzusu nə olacaq? - ABŞ dövlət katibi açıqladı

ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, 14-16 fevral tarixlərində keçiriləcək Münhen Təhlükəsizlik Konfransında əsas müzakirə mövzusu Rusiyanın Ukraynaya qarşı apardığı müharibə olacaq.  

Qaynarinfo xəbər verir ki, bu barədə o, SiriusXM Patriot radiosuna verdiyi müsahibədə danışıb.  

"Prezident Tramp açıq şəkildə bəyan edib ki, Ukraynadakı müharibə başa çatmalıdır. O, bu münaqişəyə geniş həll yolu tapmağa çalışır və onun sona çatmasını istəyir", – deyə Rubio bildirib.  

ABŞ dövlət katibi əlavə edib ki, müharibənin bitməsi hər kəsin maraqlarına uyğundur və bu səbəbdən "xarici işlər nazirləri və digər liderlərlə bu məsələni müzakirə edəcəyik".  

Qeyd edək ki, ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.  

Daha sonra Kelloq bəzi KİV-lərin iddialarının əksinə olaraq, 14-16 fevral tarixlərində keçiriləcək konfransda Ukraynadakı müharibənin həlli ilə bağlı heç bir plan təqdim etməyəcəyini bildirib.  

10 fevralda CBS News xəbər verib ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens Münhen Təhlükəsizlik Konfransında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->