Xəbər lenti

Murad Ədilovun məhkəməsi yenidən təxirə salındı
Ölkə13:38 02.09.2014

Murad Ədilovun məhkəməsi yenidən təxirə salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sentyabrın 2-də Nərimanov Rayon Məhkəməsində AXCP üzvü Murad Ədilovun işgəncəyə məruz qalması haqqında şikayətə baxılması təxirə salınıb. 

Meydan TV-ni məlumatlandıran vəkil Yalçın İmanov bildirdi ki, sentyabrın 1-də hakim Turqay Hüseynovun sədrliyilə keçən iclas 1 saat davam edəndən sonra təxirə salınıb. İbtidai araşdırmanı həyata keçirənlər Murad Ədilovun döyülməsi ilə bağlı araşdırma aparılması və məhkəmə tibbi ekspertizasının təyin olunması haqqında qərar qəbul edildiyini bildirdilər. Hakim Turqay Hüseynovun da reaksiyası belə oldu ki, işə obyektiv baxılması üçün qərarın surətləri məhkəməyə təqdim olunmalıdır. Amma qərarın surəti məhkəməyə təqdim edilmədiyindən proses yenə təxirə salınıb. Təəssüf ki, qərarın surətinin məhkəməyə təqdim olunmamağının səbəbi aydın deyildi.

Vəkil hesab edir ki, qərarın surətinin məhkəməyə təqdim olunmaması şübhələri artırır: “Çox güman ki, belə qərarlar qəbul olunmayıb. Əgər qərar varsa, yalnız bizim şikayətlərdən sonra olunub”. 

Qaynar.info