
Rusiyanın Murmansk vilayətində radikal islamçı qruplaşma formalaşdırmağa çalışan Azərbaycan vətəndaşı həbs olunub və mənsub olduğu ölkəyə ekstradisiya edilib.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin regional idarəsinin rəsmisi Liliya Moroz bildirib.
“27 yaşlı şəxs Murmansk vilayətində radikal islamçı qruplaşma formalaşdırmaq istəyib, lakin ona mane olublar” - deyə L.Moroz bildirib.
FTX rəsmisinin sözlərinə görə, həmin şəxs əvvəllər həbsdə olub, öz cinayətkar fəaliyyətini internet üzərindən həyata keçirib: “Hazırda o, Rusiya hüdudlarından kənara ekstradisiya edilib”.
L.Moroz onu da deyib ki, daha bir Azərbaycan vətəndaşı 1 il 9 ay icbari işlərə məhkum edilib. O, ekstremist xarakterli çağırışlarda və nifrət yaymaqda günahkar bilinir. Həmin şəxs də internetdə radikal islamçı fikirlər yaydığı üçün həbs olunub.
Qaynar.info