Xəbər lenti

Mursi edam oluna bilər
Dünya12:55 11.10.2013

Mursi edam oluna bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərənin "Times" qəzeti Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin gələ ay Qahirədə hakim qarşısına çıxarılacağını yazıb.

Qaynar.info
xəbər verir ki, qəzet haqqında edam cəzası istənilən Mursinin şiddətə çağırışda ittiham olunduğunu yazıb.

"Times" eyni zamanda Mursinin məhkəməyə çıxarılmasının onun tərəfdarları ilə hərbçilər arasında yenidən gərginliyin artıracağına səbəb ola biləcəyini bildirib.

Qəzetə açıqlama verən Qahirə Amerika Universitetinin hüquq professoru Amr Şalakani Mursinin vəziyyətinin yaxşı olmadığını deyib: "Dövlətin dəlil toplama qurumları, Prokurorluq və Daxili İşlər Nazirliyi onun əleyhinə işləyir".

Qaynar.info