Xəbər lenti

Mursi tərəfdarları saqqallarını kəsir - ŞOK İDDİA
Dünya07:00 04.07.2013

Mursi tərəfdarları saqqallarını kəsir - ŞOK İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən Misir ordusunun baş qərargah rəisi Əbdülfəttah əl Sisinin canlı yayımda prezident Məhəmməd Mursinin devrildiyini və erkən seçkilərin keçiriləcəyini elan etməsindən sonra müxaliflər və Mursi tərəfdarları arasında qarşıdurmalar baş verib. 

Qaynar.info-nun məlumatına görə, bu açıqlamadan sonra Mursi tərəfdarları ilə müxalif qüvvələr arasında qanlı qarşıdurmalar başlayıb. Qahirə Universiteti ətrafına toplaşan müxaliflər Mursiyə dəstək verənləri sıxışdırıblar. Universiteti mühasirəyə alan tanklar qarşıdurma yaradanlara müdaxilə edib. 

Müxalifət qüvvələrinin Mursi tərəfdarlarına atəş açdıqları və nəticədə 16 nəfərin öldüyü bildirilir. 

Misirdə seçkiləri müşahidə edən Milli Demokratiya İnstitutunun (NDİ) əməkdaşı Hafsa Halava baş verənləri Tvitter səhifəsindən yayımlayıb: "İndidən əksər insanların intiqam qorxusu ilə saqqallarını kəsdiklərini gördüm. Qardaşım da saqqalını kəsməyi düşünür". 

Qaynar.info