Xəbər lenti

Musa Qurbanlı ən yaxşılar arasında
İdman10:30 29.08.2023

Musa Qurbanlı ən yaxşılar arasında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Millimizin hücumçusu Musa Qurbanlı İsveç çempionatındakı çıxışına görə 21-ci turun rəmzi komandasına düşüb.
 
Qaynarinfo-nun məlumatına görə, "Deqerfors”la görüşdə iki qola, bir məhsuldar ötürməyə imza atan Qurbanlı turun ən yaxşıları arasında yer alıb. Onun "Yurqorden"dəki performansı 8,7 balla qiymətləndirilib. Ən yüksək xala isə "Hammarbü”nün yarımmüdafiəçisi Nahir Besara (9,2) layiq görülüb.
Qurbanlının komanda yoldaşı Markus Danielson da rəmzi "11-liy”ə salınıb.
"Yurqorden” "Deqerfors”u 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Səbuhi Həsənov