Xəbər lenti

Müsabiqənin nəticələri açıqlandı
Ölkə06:06 17.04.2013

Müsabiqənin nəticələri açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İşə qəbulla bağlı müsabiqə nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə həkimlərin mərkəzləşdirmiş qaydada işə qəbuluna dair ilk müsabiqənin nəticələri açıqlanıb.

Səhiyyə Nazirliyindən Qaynar.info-ya verilən məlumata görə, tibb müəssisələrində həkim ixtisası üzrə nəzərdə tutulmuş vəzifələrə namizədlər aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə əsasında qəbul edilirlər.

Müsabiqə iki mərhələdən - test imtahanı və müsahibədən ibarətdir. Hər iki mərhələdə müsbət nəticələr əldə etmiş həkimlərə müvafiq qaydada səhiyyə müəssisəsində işə qəbul olunmaq üçün Səhiyyə Nazirliyi tərəfindən göndəriş verilir.

Qaynar.info