Xəbər lenti

Müsavat bu gün İsa Qəmbərlə bağlı qərar verəcək
Ölkə05:42 13.07.2013

Müsavat bu gün İsa Qəmbərlə bağlı qərar verəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat Məclisi bu gün qərarını verəcək

İsa Qəmbərin məruzəsi dinləniləcək və Milli Şurada iştirakla bağlı müzakirə olacaq

İyulun 13-də Müsavat Partiyası Məclisinin toplantısı olacaq. Partiyanın mərkəzi qərargahında keçiriləcək toplantıda ciddi qərarların veriləcəyi gözlənilir. Məclis sədri Arzu Səmədbəylinin “Yeni Müsavat”a dediyinə görə, toplantıda ictimai-siyasi vəziyyət və partiya qarşısında duran vəzifələrlə bağlı Müsavat başqanı İsa Qəmbərin məruzəsi dinləniləcək. Eyni zamanda 2013-cü il prezident seçkilərinə hazırlığın gedişi ilə bağlı müzakirələr olacaq. Sonda isə cari məsələlər müzakirə ediləcək. 

Qeyd edək ki, Müsavat Məclisi 4 yanvar 2013-cü il tarixli sessiyasında partiya başqanı İsa Qəmbərin namizədliyini irəli sürüb. İyunda isə həm Müsavatın, həm də İ.Qəmbərin təmsil olunduğu Milli Şura Rüstəm İbrahimbəyovun vahid namizədliyini qəbul edib. 

Bununla belə, Müsavat Partiyası İ.Qəmbərin namizədliyinin qüvvədə qaldığını bildirib. Partiya qərarını belə əsaslandırıb ki, hakimiyyət R.İbrahimbəyovun namizədliyinin qeydə alınmasına problem yarada bilər. Buna görə də, R.İbrahimbəyovun namizədliyi qeydə alınana qədər İ.Qəmbərin namizədliyi məsələsi qüvvədə qalmalıdır.

Müsavatın bu qərarı Milli Şurada təmsil olunan bəzi qüvvələr tərəfindən birmənalı qarşılanmır və bununla bağlı fərqli fikirlər var. Odur ki, Məclisin iclasında başqanın namizədliyi ilə bağlı müzakirələrin də aparılacağı və mövqenin bir daha konkretləşdiriləcəyi gözlənilir. 

A.Səmədbəyli bu məsələnin müzakirəsinin gündəlikdə ayrıca nəzərdə tutulmadığını dedi: “Ancaq Məclis üzvləri çıxışlarında sərbəstdir və bu məsələlərdən təbii ki, bəhs oluna bilər. Hər halda, ötən Məclisdən sonra Milli Şura təsis olunub və yeni vəziyyət yaranıb. Odur ki, Milli Şurada iştirakımızla bağlı Məclisin mövqeyi və qərarı olacaq. Bütün bu məsələlərin kompleks müzakirəsi nəzərdə tutulur”./musavat.com/