
Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Qaynar.info-ya daxil olan məlumata görə, iclasda qərarların icrası və görülən işlər müzakirə edilib.
25 avqust tarixdə Müsavat Partiyasının mərkəzi qərargahında keçirilən siyasi məhbuslar mövzusuna həsr olunmuş Dəyirmi Masanın təşkili təqdirəlayiq hesab olunub.
Müsavat Partiyasının Məclisinin işgüzar atmosferdə keçirildiyi, parlament seçkiləri ilə əlaqədar mühüm qərarların qəbul edildiyi qeyd olunub.
Müsavat Partiyasının “NİDA” Vətəndaş Hərəkatı və “REAL” Vətəndaş Hərəkatı ilə keçirdiyi görüşlər barədə məlumat verilib.
Bu gün partiya rəhbərliyinin vicdan məhbusu Xədicə İsmayılın məhkəmə prosesində iştirakı barədə məlumat verilib.
Divanda 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq Müsavat Partiyası adından irəli sürülən namizədlərin, səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin siyahıları müzakirə olunaraq təsdiq edilib.
Sonda cari məsələlərə baxılıb.
Qaynar.info