Xəbər lenti

Müsavat Partiyasının mitinqi təxirə salındı
Ölkə09:14 30.04.2014

Müsavat Partiyasının mitinqi təxirə salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat Partiyasının “Nida”çıların həbsinə etiraz məqsədilə mayın 4-nə təyin etdiyi mitinq təxirə salınıb.

Bu barədə APA-ya məlumat verən Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, mitinqin təxirə salınmasına səbəb siyasi təşkilatların müraciəti olub: “Biz mayın 4-də keçiriləcək mitinqlə bağlı bir sıra siyasi təşkilatlara, QHT-lərə çağırış etmişdik. Lakin onlar bizə cavablarında mitinqin vaxtının dəyişdirilməsini, təxirə salınmasını təklif etdilər. Biz də bunu nəzərə aldıq”.

G. Aslanlı qeyd edib ki, mitinq bütün hallarda keçiriləcək, hələlik konkret vaxt müəyyənləşməyib.

Qaynar.info