Xəbər lenti

“Müsəlman qardaşlar”ın 4 lideri edam ediləcək
Dünya16:55 28.02.2015

“Müsəlman qardaşlar”ın 4 lideri edam ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qahirə Cinayət Məhkəməsi Misirdə qadağan edilmiş “Müsəlman qardaşlar” hərəkatının dörd lideri barəsində ölüm cəzası, 14-ü barəsində ömürlük həbs cəzası kəsib. 
Qaynar.info AzərTAc-a istinadən xəbər verir ki, onlar 2013-cü ildə Qahirədə “Müsəlman qardaşlar”ın baş qərargahı qarşısında baş vermiş qanlı hadisələrə aidiyyəti olmaqda ittiham ediliblər. O vaxt ölkənin sabiq prezidenti Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasında toqquşma nəticəsində 9 nəfər həlak olub, 90-dan çox adam yaralanıb.
“Müsəlman qardaşlar”ın dini rəhbəri Məhəmməd Badia, onun müavini Heyrət əş-Şater və hərəkatın başqa yüksək vəzifəli üzvləri ömürlük həbs cəzası alıblar.
Qaynar.info