
İranda 2011-ci ildən həyat yoldaşı ilə birlikdə ev dustaqlığında saxlanılan müxalif lider Mir Hüseyn Musəvinin qızları polis əməkdaşları tərəfindən döyülüb.
Qaynar.info xəbər verir ki, bu barədə Musəvinin böyük qızı Nərgiz özünün Facebook səhifəsində yazıb.
Nərgiz yazıb ki, çərşənbə günü bacısı Zəhra ilə birlikdə valideylərini yoluxmağa gediblər. Geri qayıdan zaman onların qarşısını 2 qadın polis kəsib. Polislər onların üzərilərini axtarmaq istədiyini bildiriblər. Qızların alt paltarlarını yoxlayacaqlarını bildirsələr də, onlar buna icazə verməyiblər. Bu zaman polis əməkdaşları onları döyməyə başlayıb.
Nərgiz Musəvi bildirib ki, qadın polislərdən biri hətta onun biləyini də dişləyib.
Qaynar.info