Xəbər lenti

Musiqi haqqında maraqlı kitab - FOTO
Sənət13:54 22.03.2017

Musiqi haqqında maraqlı kitab - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağasəlim Pünhanoğlunun “Azərbaycan və dünya musiqi sənətindən məqalələr toplusu” adlı kitabı işıq üzü görüb.

Qaynar.Az-ın verdiyi xəbərə görə, kitab Azərbaycan və dünya musiqi sənətinin müxtəlif janrlarını və müxtəlif dəyərli sənət əsərlərinin keçmişini və bu gününü əhatə edir.

Gənc ziyalımız bu kitabda musiqi sənətinin incəliklərinə toxunur, bəzi musiqi janrlarının yaranmasından bu gününə gəldiyi yolu işıqlandırıb. Kitab bu baxımdan nəyin ki musiqiçilər üçün, musiqiçi olmayanlar üçündə faydalı məlumatları özündə əks etdirən bir toplu kimi də yararlı sayıla bilər.

Kitabın ilk məqaləsi “Azərbaycan Muğam sənəti”ndən bəhs edir, məqalə “Muğam” sənətinin keçmişindən bu gününə geniş bir araşdırmanı özündə ehtiva edir. Kitabda Ağasəlim Pünhanoğlunun milliliyə önəm verdiyini göstərən digər məqam isə, “Azərbaycan xalq çağlı alətləri” haqdda geniş bir məqalədir.

Məqalələr srasında “Azərbaycan və dünya musiqi sənəti”ndən “Opera” janrına da yer vermişdir. Kitabda bir sra məqalələrdə “Opera”nın tarixindən, bu günündən söz açılır, iki dünya və bir Azərbaycan “opera”sının təhlili yer alır.

Müəllif kitabda bir məqalədə “Caz”ın yaranmasından bu gününəcən ətraflı araşdırma aparır. Kitabdakı məqalələrdən birində ”Sovet Azərbaycanı musiqisi”nə də toxunulur, Sovet Azərbaycanı musiqisinə böyük bir töhvə olan Azərbaycanın ilk “Balet”i haqqında araşdırmanı təqdim edir.

Digər məqalələrdən birində İslamda musiqi haqqında geniş məlumat verməklə İslamda musiqinin halal və ya haram olmasına aydınlıq gətirir…

Kitabın redaktoru Vüqar ƏIhməddir.

Kitabı "Kitab Evim" mağazasından əldə etmək mümkündür.

Qaynar.Az