Xəbər lenti

Mustafa Dənizli istefaya göndərildi
İdman09:15 16.05.2014

Mustafa Dənizli istefaya göndərildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli istefaya göndərilib.

Apasport.az saytının əldə etdiyi xəbərə görə, türkiyəli çalışdırıcının “ağ-yaşıllar”la müqaviləsinə xitam verilib.
 
Belə ki, bu gün klubun prezidenti Mais Mənsimovla Mustafa Dənizli arasında görüş keçirilib. Görüşdə komandanın durumu barədə müzakirələr aparılıb və yekunda türkiyəli mütəxəssislə yolların ayrılması qarşılıqlı şəkildə razılaşdırılıb.

Qaynar.info