Xəbər lenti

Mutu “Neftçi”ni ziyana saldı
İdman10:01 17.08.2023

Mutu “Neftçi”ni ziyana saldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qaynarinfo-nun məlumatına görə, Misli Premyer Liqasının ikinci turuna həsr olunan iclasda aşağıdakı qərarlar qəbul edilib.
"Araz-Naxçıvan” – "Qəbələ” qarşılaşmasında "Qəbələ” klubunun futbolçusu Ülvi İsgəndərov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə edilir (maddə 40.2);
"Neftçi” – "Səbail” oyununda "Səbail” klubu 2-ci hissəyə gec çıxdığına görə 1500 manat cərimə edilir (maddə 60.4);
"Neftçi” – "Səbail” oyununda "Səbail” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə "Səbail” klubu 700 manat cərimə edilir (maddə 37);
"Neftçi” – "Səbail” oyununda "Səbail” klubunun baş məşqçisinin köməkçisi Elmir Xankişiyev meydançaya kənar əşya atdığına görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, klub 3500 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin olunur (maddə 52.4; 32).
"Neftçi” – "Səbail” oyununda "Neftçi” klubunun baş məşqçisi Adrian Mutu "A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə "Neftçi” klubu 500 manat cərimə edilir (maddə 51.8);
Səbuhi Həsənov