Xəbər lenti

Müvəqqəti Papa seçildi
Dünya11:33 01.03.2013

Müvəqqəti Papa seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tarcisio Bertoneni yeni Papa seçilənə kimi işləri o idarə edəcək

XVI Benediktin istefasından sonra boş qalan Roma papası postuna müvəqqəti Papa seçilib. ANS PRESS-in məlumatına görə, yeni papa seçilənə qədər onun səlahiyyətlərinin bir qismini İtalyan kardinal Tarcisio Bertone icra edəcək. 

Vatikanın iki nömrəli adamı olan Bertone 78 yaşındadır və 2006-cı ildə Vatikanın Dövlət Katibliyində vəzifəyə gətirilib. 

Vatikan qanunlarına görə, "Camerlingue" adlanan bu müvəqqəti Papalıq vəzifəsi əsl Papanın ölümü və ya istefası zamanı meydana çıxır və yeni Papa seçilənə kimi işləri o idarə edir. 

Qaynar.info