Xəbər lenti

Mövlüd Çavuşoğlu: "Bərzanidən referendumun ləğvini istəyəcəyik"
Dünya13:04 23.08.2017

Mövlüd Çavuşoğlu: "Bərzanidən referendumun ləğvini istəyəcəyik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İraqda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu iraqlı həmkarı İbrahim Cəfəri ilə birlikdə mətbuat konfransında iştirak edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Tel Əfar şəhərinin İŞİD terror qrupundan azad edilməsi məsələsinə toxunan türkiyəli nazir bu addımı dəstəklədiklərini bildirib.

Sentyabrın 25-i keçiriləcək Kürdistan dövlətinin müstəqillik referendumu məsələsi barədə danışan Çavuşoğlu "İraqın ərazi bütövlüyünü və birliyini dəstəkləyirik" deyib.

Mövlüd Çavuşoğlunun İraq Kürd dövlətinin rəhbəri Məsud Bərzani ilə görüşü gözlənilir. Nazir bildirib ki, Bərzanidən açıq şəkildə referendumun ləğv edilməsini istəyəcəyik. 

Gülşən

Qaynarinfo.Az