Myanmada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 1 644-ə çatıb, 3 400-dən çox yaralı var.
Qaynarinfo xəbər verir ki, bu barədə "Xinxua" agentliyi Myanma Dövlət İnzibati Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində həmçinin 139 nəfər itkin düşüb.
Bundan əvvəl 1 002 nəfərin öldüyü, 2 376 nəfərin yaralandığı bildirilirdi.
Xatırladaq ki, martın 28-də səhər saatlarında Myanmada 7,9 və 6,4 maqnituda gücündə iki zəlzələ baş vermişdi. Martın 29-da 5,2 maqnituda gücündə üçüncü seysmik hadisə qeydə alınmışdı. Fəlakət evləri, Saqainq və Mandalay şəhərlərini birləşdirən körpünü dağıdıb, Mandalay və Naypyitav beynəlxalq hava limanlarına ciddi ziyan vurub.
10.03
Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Myanma KİV-lərinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Myanma hərbi xuntasının lideri baş general Min Aunq Hlaynq Mandalaya gedib. Ona şəhərdəki vəziyyət barədə məlumat verilib. Ona 1002 nəfərin öldüyü, daha 2 min 376 nəfərin yaralandığı bildirilib.
08.59
Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı kəskin artıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Agence France-Presse” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanlar 694 nəfərin həyatına son qoyub, 1 670 şəxs zəlzələ nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Martın 28-də qeydə alınan güclü təkanlar demək olar ki, bütün ölkə ərazisində dağıntılara səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, bir çox yaşayış binaları, inzibati binalar və xəstəxanalar uçub.
Şərhlər