Xəbər lenti

Nadir Qafarzadə Moskva hava limanında saxlanılmasından danışdı
Ölkə22:47 31.08.2025

Nadir Qafarzadə Moskva hava limanında saxlanılmasından danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni Nadir Qafarzadə bir neçə gün əvvəl Moskva hava limanında saxlanılması barədə danışıb.
Qaynarinfo xəbər verir ki, müğənni bu barədə "Instagram" hesabında paylaşım edib:
"Hazırda Moskva şəhərindəyəm, axşam isə Bakıya uçacağam. Rusiyaya gələndə hava limanında 3 saat saxlanılmışdım. Amma təkcə mən deyil, orada qeyri-Rusiya vətəndaşlarının hamısı saxlanılmışdı.
Qeyd edim ki, Rusiyada hava limanında saxlanılma yalnız azərbaycanlılarla bağlı deyil. Əgər sən Rusiya vətəndaşı deyilsənsə, yoxlanılırsan.
Barmaq izi yoxlanışı, sorğu-sual. Müharibə şəraitində yaşayan ölkədə belə də olmalıdır. Gəldiyin ölkənin qayda-qanununa əməl etməlisən. Xoşuna gəlmirsə, gəlmə, heç kim səni buna məcbur etmir".