Xəbər lenti

Nadir Qafarzadə nin Nabran istirahəti - VİDEO+ FOTOLAR
Maqazin11:13 04.07.2016

Nadir Qafarzadə nin Nabran istirahəti - VİDEO+ FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müğənni Nadir Qafarzadə Nabrana istirahətə yollanıb. 

Qaynarinfo.az-a açıqlama verən ifaçı bildirib ki, hələ bir müddət Nabranda qalmağı düşünür: 

"Artıq bir neçə il idi ki, istirahət mövsümündə dincələ bilmirdim. Amma bu il çox yoruldum, şou-biznesdə olan söz-söhbətlərdən, qalmaqalları izləməkdənsə, kənara çəkilib, dincəlməyi üstün tuturam. İstirahət etsəm də yaradıcılığımı da düşünürəm. Sözləri Tural Toğrula, musiqisi Nurlan Təhməzliyə məxsus “Həyat sənlə gözəl” adlı mahnı ifa etmişəm. Həmin bəstəni də bu gün dinləyicilərin ixtiyarına verdim. Artıq mahnı bu gündən radio-dalğalarda da səslənəcək”. 

Qeyd edək ki, “Həyat sənlə gözəl” adlı bəstənin aranjiman işini Elvin İmanov həyata keçirib.

Qaynarinfo.az