Xəbər lenti

Namazdakı qiraət xətalarına dair
Ölkə17:53 03.07.2016

Namazdakı qiraət xətalarına dair

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qurani-kərimin bir kəlməsi qəsdən dəyişdirilər və bununla yanaşı mənası da dəyişərsə, bu tərz oxunuşla namazın pozulacağında müsəlman alimlər həmrəydirlər. Lakin Uca Allahı tərifləmə ilə bağlı başqa bir kəlmə tələffüz edilməsi bundan istisna edilmişdir ki, buna cürət ətmək də caiz deyil.
Qurani-kərim oxuyarkən yol verilən xətaya, habelə oxuyan şəxsin çaşmasına "zəllətül-qari" deyilir.
Qaynarinfo.az sunna.az-a istinadən bildirir ki, hənəfilikdə bu mövzuya dair iki fikir vardır. Birincisi mütəqəddimun sayılan  müsəlman alimlərə məxsusdur və çox ehtiyatlı hesab edilən fikirdir. Məhz Şafeilikdə də bu rəy mənimsənmişdir. Digəri isə mütəəxxirun sayılan müsəlman alimlərə məxsusdur vəəməl olunması daha asandır.[1] Miladi tarixlə on birinci əsrin ortalarında yaşayan müsəlman hüquqşünaslar mütəqəddimun (əvvəlkilər), həmin tarixdən sonra yaşayanlar və dini əhkamı yeni meydana çıxan ehtiyaclara görəələ alan fəqihlər də mütəəxxirun (sonrakılar) adlanır.
Mütəqəddimun dövrü
İnandıqda küfrə aparan, mənanı dəyişdirən hər növ xətalı oxunuşlar.
Oxşarı Quranda olmayan hər cür oxunuşlar.
Mənanı tamamiləəslindən uzaq və səhv oxuma səbəbilə namaz pozulur. Məsələn, "həzəl-ğurab" (bu qarğa) əvəzinə "həzəl-ğubar" (bu toz) mənasına gələn oxşar kəlmələrin bir-birinə qarışdırılması. Bundan əlavə Quranda oxşarı olmayan və hər hansı məna ifadə etməyən  bir sözlə də namaz pozulur. Sirlər mənasına gələn "əs-sərair" yerinə, hər hansı bir mənaya gəlməyən "əs-sərail" kəlməsini demək kimi. Eyni zamanda həmin kəlmə Quranın başqa bir yerində də
Kəlmənin erabındakı (kəlmənin son hərfinin cümlə tərkibindəki lazımi hərəkəəbəbiləənanın küfrü ehtiva edib-etməməsi də nəticəni dəyişdirməəksəriyyəti Qurani-kərimin erab cəhətlərini bir-birindən ayırmağa qadir deyilləəsələn, "və iz ibtələ İbrahimə Rabbuhu" (Rəbbi İbrahimi sınaqdan keçirdiyi vaxt) ayəsində, İbrahimi zəmmə, Rabbuhu kəlməsini isə fəthəli oxumaq kimi. Beləəqdirdə ayənin mənası: "İbrahim, Rəbbini sındaqdan keçirdiyi vaxt" olur ki, bu məna tamamilə zidd məna ifadəəbudu (Biz ibadət edirik)" kəlməsini "nəbidu" tərzindəəmçinin belə
Quranda bir hərf əvəzinə, xətaən başqa bir hərf oxunarsa bu əsaslara riayət edilməlidir: Əgər bu iki hərfin arasında (qaf ilə kəf hərflərindəki kimi) məxrəc yaxınlığı varsa və ya bunlar (sin ilə sad kimi) bir məxrəcdən olub aralarında ibdal (birini digərinə çevirmə) caizdirsə bununla namaz fasid olmaz. "Fələ təqhər" yerinə "Fələ təkhər", "əs-saməd" yerinə "əs-səməd" oxunması kimi. "Fəthun qarib" yerinə, "Fəthun ğarib" oxunması da həmçinin belə
Hər hansı çətinlik olmadan iki hərfi bir-birindən ayırmaq mümkündürsə, bir hərf əvəzinə başqa bir hərfi oxumaqla namaz fasid olur. "əs-Salihat (xeyirxah, yaxşı işləkəlməsindəki "sad" əvəzinə "ət-Talihat" tərzində "ta" iləəmçinin "Allahu əhad" əvəzinə "Allahu əhat" də buna nümunə verilə bilə
Fərqli oxunan iki hərfi bir-birbirindən ayırmada çətinlik olarsa, bundan qaçınmaq hamıya çətinlik təşkil etdiyi üçün əksər alimə görə, bu kimi hallarda namaz pozulmaz. "əs-Sırata" kəlməsində "sad" əvəzinə, "əs-Sirata" şəklində "sin" ilə
İki hərf arasında məxrəc birliyi və ya yaxınlığı olmamaqla yanaşı, ümumi bəlva olub, bunların arasını ayırmaq çətin olarsa, bunlardan birinin əvəzinə digərinin tələffüz edilməsi bir çox fəqihə görə namazı pozmaz. "Dad" yerinə "dəl", "zəl" ya da "za" hərfinin oxunması və "zəl" yerinə də "zə" ya da "za" hərfinin tələffüzü kimi. "Sad" ilə "sin", "ta" ilə "tə" hərfləri də bunun kimidir.
Şəddəli hərfi səhvən şəddəsiz, şəddəsiz bir hərfi isə şəddəli oxumaq, uzun oxunmalı bir hərfi qısa, qısa oxunmalı bir hərfi uzun, idğamlı bir hərfi idğamsız, idğamsız olanı isə idğamlı oxumaq namazı pozmaz. "İyyəkə" kəlməsini şəddəsiz "iyakə" oxumaq kimi.
Qurandan hər hansı kəlməyə bir hərf əlavə etməklə də namaz fasid olmaz. "Sıratalləzinə" yerinə "es-Sıratalləzinə" tərzindəki qiraətdə hərçənd ki, kəlmənin başındakı müəyyənlik hərfi Quranın əslində yoxdur, mənaya hər hansı təsiri olmadığı üçün namazı fasid etmə
Qurani-kərimdə bir kəlmənin hərflərini digərinə birləşdirməklə də namaz fasid olmaz. "İyya kənəbudu" nümunəsindəəsli isə "İyyakə nəbudu (yalnız sənə ibadət edirik)" tərzindəəlmə aralarında səktə (səsi kəsib dayanma) etməməyə diqqət edilmə
Namazda Qurandan bir kəlmənin bir hissəsi kəsilərsə, məsələn; "əl-hamdu" əvəzinə unutqanlıq ya da nəfəsin kəsilməsi səbəbilə yanlız "əl" oxunub, daha sonra "hamdu" oxunarsa yaxud da oxunmalı olan bir kəlmə yaddan çıxar və başqa kəlməyə keçərsə, əksər alimə görə namaz fasid olmaz. Çünki unutmaq və ya nəfəsin kəsilməsində zərurət və ümumi bəlva vardır. Məsələn, "Mətləil-fəcr" yerinə nəfəsin kəsilməsi səbəbilə "Mətləil-fəc" deyərək rükuya gedərsə, namaz fasid olmaz.
Ayəyə xətaən bir hərf əlavəə məna da dəyişməzsə namaz fasid olmaz. "Yudxiluhu nəran (onu atəşəə, "Yudxiluhum nəran (onları atəşəəna dəyişərsə, bir rəyə görə namaz pozular. "İnnəkə lə minəl-mursəlin (Şübhəsiz ki sən göndərilən peyğəmbərlərdənsəə "Və innəkə lə minəl-mursəlin (And olsun ki, sən göndərilən peyğəmbərlərdənsəəər da vardır.
Qurandan bir kəlmənin bir hərfi xətaən əskik oxunarsa vəəgər bu hərf kəlmənin kökündən olar və məna da dəyişməzsə, Əbu Hənifə və İmam Məhəmmədə görə namaz fasid olar. "Mimmə razəqnə hum (Bizim onlara ruzi olaraq verdiklərimizdəə "Mimmə zəqnə hum" və ya "Və cəalnə" yerinə "alnə" oxumaq kimi.
Namazda Qurandakı bir kəlmə təkrar olunarsa və bununla məna da dəyişməzsə namaz pozulmaz, habelə bəzi fəqihlərə görə məna dəyişsə dəər bəzi fəqihlərə görə isə pozular və səhih olan rəy də məhz budur. "Rabbil-aləmin (Aləmlərin Rəə "Rabbi rabbil-aləmin (Aləmlərin Rəbbinin Rəətalarda ayənin mənasının dəyişdiyini bilən hər bir kəsin bilərək bu tərzdə xətalı oxuması namazı fasid edə və ya hərfləri daha yaxşı tələffüz etmək məqsədiləəqsədəuyğun hesap edilmə
Qiraət əsnasında oxunan ayələrə səhvən bir kəlməəlavə etmək yaxud oxunan ayələrdən bir kəlmə ya da bir hərf nöqsan oxumaq və yaxud bir kəlmə və ya hərfi qabağa almaq yaxud təxirə salmaq yaxud başqa bir kəlmə və ya hərfə çevirərək oxumaqla məna dəyişmərsə namaz da pozulmaz. "Təalə cəddu Rabbinə (Rəbbimizin şəni ucadır)" dan "yə" hərfini əksiltərək "təalə" oxumaq, "infəcərat" əvəzinə "infəracət", "əvvəb" əvəzinə "əyyəb" oxumaq kimi. Məna dəyişmədiyi müddətcə bu kimi oxunuşlar namazı fasid etmə
Oxumada nəslin dəyişik olaraq anlaşılmasına səbəb olan xəta da namazı fasid edəəsələn, "Məryəm İbnətu Ğalyan (Ğalyan qızı Məryəə ya "İsa İbn Ləlmişdir və məhz buradakı nəslin dəyişdirliməsi Qurana zidd düşür.
Pəltək danışan hər bir şəxs "ra" hərfini "ğa" və ya "ləm" yaxud "yə" kimi tələffüz edərsə namazı pozulmaz. "Rabbil-aləmin" yerinə "Labbil-aləmin" demək kimi. Ancaq bu kimi şəxslərin tələffüzünü düzəltməyə səy göstərməsi və qiraət əsnasında çətin olmayan ayələri oxuması məqsədəuyğundur. Bu şəxslər "ümmi" kimi hedab olunur.
Mütəəxxirun dövrü
Aşağıdakı oxunuşlar namazı pozur:
Əbu Hənifə ilə İmam Məhəmmədə görə, oxşarı Quranda olsa da mənası əsas kəlmənin mənasından uzaq olan, tamamilə mənanı dəyişdirməyən ifadələrlə də namaz pozulur. Ancaq Əbu Yusifə görə, namaz pozulmaz. Çünki bu kimi oxunuşlarda çətinlik vardır. Yəni bu mövzuda ümumi bəlva (əksər insanların qarşılaşdığı çətinliklər) vardır. Məhz fitva da bu rəyəəsasən verilmişdir.
Qiraətdəki səhvin Quranda oxşarı olmaz və bu oxunuşla məna da dəyişməzsə, yuxarıdakı məsələnin əksinəƏbu Hənifə ilə İmam Məhəmmədə görə namaz fasid olmaz. Lakin Əbu Yusifə görə fasid olar. Məsələn, "qavvamin" kəlməsinin əvəzinə "qayyamin" kəlməsinin oxunması.
Xülasə, Əbu Hənifə ilə İmam Məhəmməd səhvən xətalı oxunan ləfz ilə Qurandakı mənanın tamamilə dəyişib-dəyişməməsini əsas almışlar. Belə ki, məna çox dəyişərsə namaz pozulur, əks təqdirdə pozulmur. Bununla yanaşı oxunan ləfzin Quranda oxşarının olub-olmaması nəticəni dəyişdirmir. Əbu Yusif isə, oxunan ləfzin Quranda oxşarının mövcud olub-olmamasını əsas kimi qəbul etmişdir. Belə ki, oxşarı Quranda var isə, mənası çox dəyişsə belə namaz pozulmur. Lakin Quranda oxşarı yoxdursa, mənası çox dəyişməsə də namaz fasid olur.
Ərəb olmayanların islamiyyəti qəbul etmələri, ayələrin oxunuşu və hərəkələnmə məsələsini ortaya çıxarmışdır. Hərflərin oxunuşu, hərəkə və kəlmələri ayırma ilə bağlı və buna oxşar mövzulardakı çətinliklər qarşısında qalan mütəəxxir müsəlman hüquqşünaslar, qiraət əsnasında səhvə yol verənlərləəlaqədar aşağıdakı əsasları dilə gətirmişlər:
Məsələn, "Və ləd-dallin" əvəzinə "və ləz-zallin", yəni "dad" əvəzinə "za" yaxud "zəl" oxunması namazı fasid etməz. Bununla birlikdə bu mövzuda başqa rəylər də vardır. Bu hərfləri ayırmağa gücü çatmayan bu kimi dəyişikliklərə yol verməməlidir. Bilərəkdən bu kimi səhv oxunuşlar isə namazı fasid edər.
İncə hərfi qalın, qalın bir hərfi incə oxumaq da həmçinin bunun kimidir. Çünki bu mövzularda ümumi bəlva vardır. "Lə raybə" əvəzinə "Lə rəybə" oxumaq kimi.
Bundan başqa kəlmənin kökündən olmamaqla yanaşı, bir hərfi söyləməmək nəticəsində küfrə yol verən bir məna meydana gələrsə namaz fasid olar. "Və mə xaləqaz-zəkərə vəl-unsə" yerinə "Və mə xaləqaz-zəkərəəl-unsə" oxunması kimi.
İfadə olunmayan hərf kökündən olmadığı ya da kökündən olmaqla yanaşı, məna dəyişmədiyi təqdirdə namaz fasid olmaz. "Vəqiatu" kəlməsini "tə"siz "əl-Vəqia" tərzində oxumaq kimi.
Ayəyə xətaən əlavə edilən kəlmə, Quranda mövcud olub mənası dəyişməzsə namazı pozmaz. "Lə təbudunə illəllahə və bil-vəlideyni ihsənən (Siz yalnız Allaha qulluq edər və ana-atanıza yaxşılıq edərsiniz)" ayəsinin sonuna "və birran" kəlməsini əlavə etmək kimi.
Lakin əlavə edilən kəlmə Quranda mövcud olmaqla yanaşı, mənası küfrlə nəticələnən tərzdə dəyişdirərsə namazı fasid edər. Məsələn, "Mən əmənə billəhi vəl-yevmil-əxiri və amilə salihən fələhum ecruhum (Kim Allaha və axirət gününə iman gətirər və yaxşı işlər görərsə onlar üçün əcr vardır)" ayeyi-kəriməsinə "salihən"dən sonra "və kəfəra (və kafir olarsa)" kəlməsini əlavə etmək zidd məna ifadə edər. Məhz bu səbəbdən də namazı pozar.
Kəlmələrin yer dəyişdirməsi məna dəyişikliyinə yol verməzsə namaz pozulmaz. "Fihə zəfirun və şəhiqun" yerinə "fihə şəhiqun və zəfirun" oxunması kimi. Lakin məna dəyişərsə, fəqihlərin əksəriyyətinə görə namaz fasid olar.
Bundan başqa إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ وَإِنَّ الْفُجَّارَ لَفِي جَحِيمٍ"İnnəl-əbrara ləfi nəim və innəl-fuccəra ləfi cəhim (Şübhəsiz ki, yaxşı olan kəslər nəim cənnətində, günahkarlar isə cəhənnəmdədirlər)" ayəsində "cəhim (cəhənnəm)"i əvvəl, "nəim (cənnət)"i sonra oxumaq da tərs məna əfadə edir və məna yaxşı olan kəslərin cəhənnəmə gedəcəyi tərzində ortaya çıxar.
"əl-Hamdu lilləhi" kəlməsini "əl-həmdu" və ya "Qul huvəllahu əhad" ayəsini "Kul huvəllahu əhəd" kimi oxuyub, başqa cür oxuma iqtidarında olmayanlar da pəltək hesab olunur.
Hər bir kəs namazda həddindən artıq xəta ilə qiraət etdikdən sonra, geri qayıdıb düzgün tərzdə oxuyarsa namazı məqbul olar.
Şafei və hənbəlilikdə isə, Fatiha istisna olmaqla digər qiraətlərdə yol verilən xətalar namazı fasid etməz. Lakin bilərəkdən məna dəyişiklərinə yol verərək səhv oxuyarsa onun və ona tabe camaatın da namazı pozular. Bununla birlikdə Fatiha surəsini bilərəkdən ya da bilmədən xətalı oxuyarsa namazı fasid olar. Məhz bu rəy, Fatihasız namazın məqbul olmaması əsasına söykənir. Çünki bu məzhəblərə görə namazda Fatihanı oxumaq fərzdir.[2]
[1] İbn Abidin, Rəddul-Muxtar, I, 589-593; Züheyli, eaə, II, 20 vd, Bilmən, eaə, 217 vd.
[2] İbn Qüdamə, Muğni, II, 198; Züheyli, eaə, II, 21 vd; Bilmen, eaə, 221 vd.
Qaynarinfo.az