Xəbər lenti

Namik Ələskərovun komandası qələbə qazandı
İdman15:20 20.03.2022

Namik Ələskərovun komandası qələbə qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" klubu Türkiyə I Liqasında növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, "timsahlar" XXVII turda "Balıkesirspor"u qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyuna start heyətdə başlayan Ələskərov 90+3-cü dəqiqədə əvəzlənib.
Xallarının sayını 28-ə çatdıran "Bursaspor" 19 komanda arasında 18-ci pillədə qərarlaşıb.