Namiq Məna Prezident təqaüdünə layiq görülüb.
Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Qubadlı rayon bölməsinin sədri, "Tərəqqi" medallı Namiq Məna yazıçı və şairlərə verilən Prezident təqaüdünə layiq görülüb.
Təqaüd yalnız AYB üzvü olan yazarlar üçün nəzərdə tutulub.
Azərbaycan yazıçılarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün Prezident təqaüdü 2007-ci ildən verilir.