Xəbər lenti

Namiq Qaraçuxurludan Aygün Kazımovaya ağır zərbə - VİDEO
Maqazin07:09 24.10.2016

Namiq Qaraçuxurludan Aygün Kazımovaya ağır zərbə - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti Aygün Kazımovanın meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı verdiyi “Ayrılanda mal-mülkümü apardı” sözləri səs-küy yaradıb. 
Axşam.az-ın məlumatına görə, müğənni “ATV maqazin onlarla” verilişinə açıqlamasında meyxanaçının onun bağ evini əlindən aldığını etiraf edib:
“Namiq bağ evimi əlimdən aldı. Elə insandır ki, hər şeyimi əlimdən aldı. Bunu bərabər etmişdik, amma hamısı Namiqə qismət oldu”.
N.Qaraçuxurlu məsələ ilə bağlı suallardan yayınıb:
“Bunlar çox şəxsi məsələlərdi. Bu barədə açıqlamamı gözləməyin. Özümə belə bu qədər dərinə getməyə icazə vermirəm”.
Qeyd edək ki, A.Kazımova saytımıza müsahibəsində "Namiq Qaraçuxurlu mal-mülkünüzü əlinizdən alıb" sualına belə cavab vermişdi:
"Bəli, burada söhbət mal-mülkdən gedirdi. Bunu çox da açıqlamayacam. Bəlkə nə vaxtsa açıb danışaram. İstəmirəm ki, insanlar Namiqə pis baxsınlar. Biz məclislərdə tez-tez bir araya gəlirik. Qəlbimdə inciklik qalmayıb. Mən o küsülülüklə qala bilmərəm".
Qaynarinfo.Az