Xəbər lenti

Namizədlərin qeydiyyatı başa çatdı
Siyasət17:30 22.11.2014

Namizədlərin qeydiyyatı başa çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar, bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması üçün imza vərəqələri və digər seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim olunması müddəti qanunvericilikdə nəzərdə tutulduğu kimi bu gün saat 18:00-da başa çatdı. 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından Qaynar.info-aya daxil olan məlumata görə, Seçki Məcəlləsinin tələbinə əsasən, dairə seçki komissiyaları imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər seçki sənədlərini qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul edir.

Bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması davam etməkdədir və bu proses noyabrın 29-da yekunlaşır.

Qaynar.info