Xəbər lenti

Nani yenidən Türkiyə Superliqasında
İdman07:19 14.07.2023

Nani yenidən Türkiyə Superliqasında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Portuqaliya millisinin sabiq futbolçusu Luis Naninin yeni klubu müəyyənləşib.
Qaynarinfo-nun məlumatına görə, hücumçu Türkiyə Superliqasına qayıdıb və "Adana Dəmirspor”la anlaşıb. Bu barədə klub rəsmi elan verib. Açıqlamada təcrübəli futbolçu ilə 1+1 illik müqavilə imzalandığı bildirilib.
Nani daha əvvəl Superliqada "Fənərbağça"nın formasını geyinib. "Bülbüllər”in heyətində 28 oyun keçirən portuqaliyalı futbolçu bu müddətdə 8 qola, 9 məhsuldar ötürməyə imza atıb.
"Adana Demirspor"un baş məşqçisi Niderland futbolunun əfsanəsi Patrik Klüvertdir. 
Səbuhi Həsənov