
Ukraynada narıncı inqilabın lideri və baş nazir olduğu müddətdə 188 milyon dollar dövlətə ziyan vurduğu üçün 7 il azadlıqdan məhrum edilən Yuliya Timoşenko azad oluna bilər.
Qaynar.info xəbər verir ki, bu barədə hazırki baş nazir Nikolay Azarov məlumat verib.
Azarov Timoşenkonun həbsdən çıxmasını təmin edən razılaşmanın əldə edilməsinə çox yaxın olduqlarını bildirib.
"The İndependent" qəzeti Avropa Birliyinin də Timoşenkonun noyabr ayında keçiriləcək Avropa Birliyi zirvə toplantısı zamanı azad olumasını istədiyini yazıb.
Timoşenkonun rəhbəri olduğu Ana Vətən Partiyasından verilən açıqlamada isə, "Son hadisələr ümidvericidir. Timoşenko bir neçə həftə ərzində azad edilə bilər. Hər şey prezident Yanukoviçin atacağı addımlardan asılıdır" deyilib.
Qaynar.info