
ABŞ prezidenti Donald Tramp ölkədəki opioid epidemiyasının yaratdığı vəziyyəti düzəltmək üçün fövqəladə vəziyyət elan etmək qərarına gəlib.
"Qaynarinfo" "Reuters"ə istinadən xəbər verir ki, prezident "Rəsmi olaraq deyirəm ki, bu heç vaxt rastlaşmadığımız vacib və ciddi mövzudur, rəsmi olaraq fövqəladə vəziyyət elan ediləcək. Opioid böhranının həlli üçün çoxlu pul və vaxt xərcləməliyik. Bu təkcə ABŞ-ın yox, bütün dünyanın problemidir" deyib.
Qeyd edək ki, opioid dərmanları tərkibində tiryək və s. ağır və qeyri-leqal narkotik maddələr olan ağrıkəsicilərdir və xəstələrdə asılılıq yaradır. Hətta hər gün ABŞ-da bu dərmanlardan yüksək dozada istifadə edən 100 nəfər dünyasını dəyişir. 2015-ci ildə 33 min nəfər bu səbəbdən həyatını itirib.
Gülşən
Qaynarinfo.Az