NASA işçiləri tualet təmizləyəcək.
Qaynarinfo xəbər verir ki, bu gündən etibarən xadimələrə pul ödənilməyəcəyi üçün bu vəzifəni NASA işçiləri yerinə yetirməlidir. Bu barədə tualetlərin qapısında elan asılıb və işçilərin təmizlik məsələsi üçün könüllü olmağı xahiş edilib.
Qeyd edək ki, ABŞ-da hökumət büdcə mübahisəsinə görə 22 dekabr 2018-ci ildən bəri bağlıdır. 800 min işçi məcburi tətilə göndərilib və ya pulsuz çalışır.
Gülşən