
Uzun müddət bir-birinə can deyib, can eşidən Oksana Rəsulova və Natavan Həbibi arasındakı soyuq küləklər hələ də əsməyə davam edir.
Ötən gün Natavanın ad gününə gələn bir çox dəvətlilər arasında Oksana Rəsulova görünmədi. Hətta keçən il Natavanla tez-tez görüşən və çox yaxın dost olan İlhamə Qasımova da Həbibinin ad gününə gəlməmişdi. Natavan isə şou-biznesdəki dostları haqda Qaynarinfo.az-a danışdı:
“Bu gün burda kim varsa, ən yaxınlarımdır. Çox adam deyir ki, şou-biznesdə dost yoxdur. Xeyr! Mənim çox yaxşı dostlarım var. Hətta bu gün yanımda uzun müddət küsülü olduğum dostlarım da var. Bəzən hansısa yanlış anlamaya görə aramızı vuranlar olub. Hər halda xoş günümdə yanımda olan hər kəsə təşəkkür edirəm”
Qaynarinfo.az