Xəbər lenti

“NATO artıq Ukraynaya silah-sursat göndərir”
Dünya09:57 14.09.2014

“NATO artıq Ukraynaya silah-sursat göndərir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

NATO ölkələri artıq Ukraynaya silah-sursat göndərir.

Bu barədə Ukraynanın müdafiə naziri Valeriy Geletey yerli “Pyatıy kanal” telekanalına müsahibəsində bildirib.

Qurumun rəhbəri bildirib ki, o, bu günlərdə NATO-nun Uelsdə keçirilmiş sammitində prezident Pyotr Poroşenkonu müşayiət edib. 

Valeriy Geletey qapalı formatda dünyanın aparıcı ölkələrinin müdafiə nazirləri ilə Ukraynaya silah tədarükü məsələsini müzakirə etdiyini qeyd edib: “Tədarük prosesi artıq başlayıb”. 

Bundan əvvəl Poroşenko da Kiyevin NATO ölkələri ilə birbaşa silah tədarükünə dair razılığa gəldiyini bəyan edib.

Qaynar.info