Xəbər lenti

Dünya 15:15 28.11.2023

NATO baş katib postuna hansı namizədi dəstəkləyir?

Niderlandın baş naziri Mark Rütte parlament seçkilərində ifrat sağçıların qələbəsinə baxmayaraq, NATO-nun növbəti baş katibi vəzifəsinə "___” favoritdir. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə AFP diplomatlara istinadən yazır.

Onların fikrincə, Rütte digər namizədləri, xüsusən də Estoniyanın baş naziri Kaya Kallas və Latviyanın xarici işlər naziri Krişyanis Karinsi xeyli qabaqlayır.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Niderland lideri hakimiyyətdə olduğu 13 il ərzində Avropa səhnəsində tanınmış simaya çevrilib və ona artıq ABŞ, Böyük Britaniya, Fransa və Almaniya kimi NATO üzvü olan ölkələr üstünlük verir.

"O, NATO-nun baş katibi vəzifəsinə namizəddir. O, açıq şəkildə hazır olduğunu bildirib və geniş dəstəyə malikdir”, - Alyansın diplomatlarından biri bildirib.
Eyni zamanda, AFP-nin yazdığı kimi, çox güman ki, bu namizədlə bağlı, xüsusən də Macarıstan və Türkiyənin mövqeyinə görə mübahisələr olacaq. Həmçinin, əngəllərdən biri Niderlandda parlament seçkilərində Gert Vildersin qələbəsindən sonra yaranacaq biləcək vəziyyət ola bilər.

"Əgər siz fəlakət bölgəsindənsizsə, o zaman arqument gətirmək daha çətin ola bilər. Əgər digər liderlərə baxsanız, son nəticədə onlar çox vaxt uğur qazana bilməyiblər. Gəlin gözləyək və baxaq görək nə olur”, - mənbə AFP-yə bildirib.

Xatırladaq ki, Norveçin keçmiş baş naziri Stoltenberq NATO-nun baş katibi vəzifəsini 2023-cü ilin sentyabr ayının sonunda başa vurmalı idi. Lakin varislə bağlı konsensus olmadığı üçün NATO üzvləri ondan müqavilənin uzadılmasını qəbul etməyi xahiş ediblər.

İyul ayında Stoltenberqin daha bir il, 2024-cü il oktyabrın 1-dək vəzifəsində qalması qərara alınıb.

NATO-nun hazırkı baş katibi Yens Stoltenberqin varisinin adı 2024-cü ilin iyulunda Vaşinqtonda keçiriləcək NATO sammitindən əvvəl açıqlanmalıdır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->