Xəbər lenti

NATO-da Ukraynaya illik 40 milyard avro yardım müzakirə edilir
Dünya 15:30 27.06.2024

NATO-da Ukraynaya illik 40 milyard avro yardım müzakirə edilir

NATO üzvləri baş katib Yens Stoltenberqin Ukraynaya illik 40 milyard avroluq maliyyələşdirmə planı ideyasını müzakirə edirlər. Buna baxmayaraq, bəzi müttəfiqlər qərara şübhə ilə yanaşır.

Bu barədə Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir.

Nəşrin qeyd etdiyi kimi, bəzi NATO-ya üzv ölkələr Ukraynaya hərbi yardım üçün konkret çoxillik xərclər öhdəsinə götürmək istəmirlər, hansı ki, uzunmüddətli perspektivdə daha çox proqnozlaşdırıla bilənliyi təmin etməlidir.

Mənbələrin sözlərinə görə, hazırda ölkələr bu öhdəliklərin növbəti illərdə düzgün işləməsini necə təmin etmək məsələsində fikir ayrılığına düşüblər.

Qeyd olunur ki, bəzi müttəfiqlər konkret rəqəmlərlə öhdəlikləri rəsmiləşdirməkdən ehtiyatlanır və sadəcə olaraq, eyni səviyyədə dəstəyi davam etdirəcəklərinə söz vermək istəyirlər.

Eyni zamanda, digərləri Ukraynaya göstərdikləri yardımın real həcmi barədə məlumatı açıqlamamaq üçün töhfələrinin dəqiq rəqəmlərini dərc etməkdən çəkinirlər.
Nəşrin həmsöhbətləri qeyd ediblər ki, hələ razılaşdırılmalı olan bir çox detallar olsa da, Ukraynaya ayrılan 40 milyard avroluq yardım NATO-nun ÜDM-in ən azı 2%-ni müdafiəyə xərcləmək öhdəliyinə daxil edilərsə, müttəfiqlər saziş bağlaya bilər.

Lakin bu, müttəfiqlərin öz müdafiə imkanlarına zərər verə bilər, xüsusən də maliyyə nazirlikləri xərclərin ümumi səviyyəsini artırmağa razı olmadıqda.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->