Xəbər lenti

NATO-dan Türkiyəni narazı salacaq qərar
Dünya15:44 23.06.2014

NATO-dan Türkiyəni narazı salacaq qərar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ, Almaniya və Hollandiya Türkiyə ərazisindən “Patriot” zenit-raket komplekslərini yığışdırmağa hazırlaşır. 

Musavat.com-un “Der Spiegel” alman nəşrinə istinadən verdiyi xəbərə görə, bu sistemləri ilin axırınadək Türkiyədən çıxarmaq planlaşdırılır. 

Şimali Atlantika alyansında belə bir qərarı Suriyadan kimyəvi silahların arsenalının çıxarılmasından sonra “Patriot”lara ehtiyac qalmaması ilə əlaqələndiriblər. Gerçək səbəb isə, redaksiya məqaləsində deyildiyi kimi, alman və holland kontingentlərin uzunmüddətli fəaliyyət imkanının olmaması ilə bağlanır: “Məsələ ondadır ki, Amerikanın Hava Hücumundan Müdafiə Sisteminə (HHMS) lazımınca istismar eləmək üçün Almaniya və Hollandiyada çox az mütəxəssis var”. 

“Lakin missiyanın başa çatması çətin ki, Türkiyəni məmnun eləsin. Məlumdur ki, “Patriot”lar bu ölkənin ərazisində rəsmi Ankaranın alyansa müraciətindən sonra yerləşdirilib. Türkiyə Suriya ərazindən raket atəşlərinin artmasından dolayı ölkənin təhlükəsizliyini əsas götürərək NATO-dan belə bir xahişdə bulunmuşdu”, - deyə məqalə müəllifi qeyd edir.

Qaynar.info