NATO ittifaq qoşunlarının sürətli hərəkəti üçün "hərbi Şengen" yaratmaq niyyətini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə birgə logistika komandanlığının rəhbəri, general-leytenant Aleksandr Sollfrank "Reuters"ə danışıb.
"Hərbi və sursatların daşınması zamanı NATO-nun indi milli qaydalarla bağlı problemləri var", deyə general-leytenant bildirib.
Aleksandr Sollfrank xəbərdarlıq edib ki, hərbi-siyasi blokda həddindən artıq bürokratik əngəllər qoşunların Avropa boyunca hərəkətinə mane olur və bu, Rusiya ilə münaqişə vəziyyətində ciddi ləngimələrə səbəb ola bilər.
"Qüvvələrin sürətlə yerləşdirilməsi, eləcə də döyüş sursatı, yanacaq, ehtiyat hissələri və qidanın mövcudluğu çətinləşib", deyə Aleksandr Sollfrank bildirib.
General-leytenant bildirib ki, o, Avropa İttifaqının əksər hissəsində sərbəst hərəkətə imkan verən siyasi Şengen zonasına bənzər "hərbi Şengen" adlanan sərbəst hərbi keçid zonası görmək istəyir.
Aydın