Xəbər lenti

NATO nüvə silahına malik ölkələrin sayını artırmağı planlaşdırmır - Stoltenberq
Dünya12:36 11.03.2024

NATO nüvə silahına malik ölkələrin sayını artırmağı planlaşdırmır - Stoltenberq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyansın nüvə silahına malik üzv ölkələrin sayını artırmaq planları yoxdur. O əlavə edib ki, blok İsveçdə yeni döyüş bölmələri yerləşdirmək niyyətində deyil.
Qaynarinfo xəbər verir ki, bu barədə o, İsveçin baş naziri Ulf Kristerssonla birgə mətbuat konfransında ">bildirib.
"Bizim nüvə silahına malik NATO ölkələrinin sayını artırmaq planımız yoxdur. Biz həmçinin daim güc potensialımızı qiymətləndiririk və hazırda İsveçdə yeni döyüş bölmələri barədə planlarımız yoxdur”, - deyə Stoltenberq bildirib. 
Alyansın Baş katibinin sözlərinə görə, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü bütün alyansa, xüsusən də Şimali və Baltikyanı ölkələrə müsbət təsir göstərəcək. Mətbuat konfransı zamanı Yens Stoltenberq əlavə edib ki, hazırda alyans Rusiyadan hərbi təhlükə görmür. O, həmçinin bəzi ölkələrin Ukraynanı uzaq mənzilli sistemlərlə təchiz etmək qərarını bəyəndiyini bildirib.
Qeyd edək ki, İsveç martın 7-də rəsmi olaraq NATO-ya üzv olub. Bu gün, martın 11-də alyansın Belçikadakı mənzil-qərargahında İsveç bayrağının qaldırılması mərasimi keçirilir.
Nizami Bağırov