NATO rəsmiləri ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək hədələrinə görə ABŞ ilə kəşfiyyat məlumatlarının mübadiləsindən imtina edirlər.
Qaynarinfo xəbər verri ki, bu barədə "The i Paper” nəşri öz mənbələrinə
istinadən yazır.
Belə ki, nəşrin həmsöhbətləri qeyd edirlər ki, əvvəllər kəşfiyyat və hərbi idarələrin əməkdaşları birbaşa müharibədən tutmuş gizli əməliyyatlara qədər hər növ təhdidlərlə mübarizə aparmaq üçün əməkdaşlıq edirdilər. Lakin ABŞ prezidentinin Qrenlandiyanı əldə etmək ambisiyaları etimadı sarsıdır və uzunmüddətli razılaşmaları məhv edir.
NATO-dakı insayder "The i Paper”ə bildirib ki, "bu, NATO-da Avropa və Amerika həmkarları arasında gərginlik və inamsızlıq yaradır". O məlumat verib ki, məlumatların Trampın əlinə keçəcəyi və ABŞ-ın Qrenlandiyanı güclə ələ keçirmək cəhdində istifadə olunacağı ilə bağlı artan narahatlıqlar fonunda əməkdaşlar artıq "açıq şəkildə ünsiyyət qurmurlar".
Britaniya kəşfiyyatındakı mənbə Ağ Ev və onun müttəfiqləri arasındakı əlaqələrin pisləşməsini "görünməmiş" adlandırıb və xəbərdarlıq edib ki, Trampın səbəb olduğu "fərdi siyasi sarsıntılar" kəşfiyyat sahəsindəki münasibətlərə təsir göstərəcək.
ABŞ və Böyük Britaniya kəşfiyyat məlumatlarını tez-tez "İki göz" adlandırılan Böyük Britaniya-ABŞ sazişi və tərkibinə Avstraliya, Kanada və Yeni Zelandiyanın daxil olduğu "Beş göz" kəşfiyyat alyansı çərçivəsində mübadilə edirlər.
Lakin Britaniya kəşfiyyatındakı mənbə "The i Paper”ə deyib ki, Trampın son hədələri Böyük Britaniyanın artıq "İki göz" müttəfiqi deyil, daha çox "sadəcə Avropanın bir hissəsi" olduğu fikrini gücləndirib.
Daha əvvəl Tramp, ABŞ prezidenti administrasiyasının Qrenlandiya ilə bağlı ideyasını dəstəkləməyən Avropa ölkələrinə əlavə rüsumlar tətbiq edib.
Bundan sonra "Financial Times” xəbər verib ki, Avropa ABŞ-ın hərəkətlərinə cavab olaraq rüsumların tətbiqini nəzərdən keçirir. Qeyd olunur ki, söhbət xüsusilə Amerika şirkətlərinin Aİ bazarına girişinin məhdudlaşdırılmasından gedə bilər.
Eyni zamanda "The Atlantic” yazır ki, Trampın hərəkətləri ABŞ-ı liderdən beynəlxalq izqoya (cəmiyyətdən kənarlaşdırılmış şəxsə) çevirir. Yeni geosiyasi şəraitdə Vaşinqtonun etibarlı dostları və ya müttəfiqləri olmayacaq və o, sağ qalmaq və inkişaf etmək üçün tamamilə öz gücünə güvənmək məcburiyyətində qalacaq.
Alpər
Şərhlər