Xəbər lenti

Navalnının qızı Kamala Harrisin kampaniyasında çalışır
Dünya 16:47 14.10.2024

Navalnının qızı Kamala Harrisin kampaniyasında çalışır

Korrupsiyaya Qarşı Mübarizə Fondunun təsisçisi Aleksey Navalnının qızı Daria hazırda ABŞ prezidentliyinə namizəd Kamala Harrisin seçki qərargahında çalışır.

Qaynarinfo xəbər verir ki, bunu Daria Navalnayanın "LinkedIn" sosial şəbəkəsindəki profil məlumatları sübut edir.

Açıqlanan məlumatlara əsasən, qız bir neçə aydır sahə təşkilatçısı - seçicilərlə işləyən könüllülərin koordinatoru vəzifəsini tutur.

2019-cu ildə Navalnaya ABŞ-ın Stenford Universitetində pulsuz təhsil almaq üçün qeydiyyatdan keçib. 2024-cü ilin yayında məzun olub.

Fevralın 22-də Daria Navalnaya anası Yuliya ilə birlikdə Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşüb. Bayden Aleksey Navalnını ölümünə görə görə onlara başsağlığı verib, həmçinin Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyinə söz verib.

Aleksey Navalnı 2024-cü il fevralın 16-da Rusiya həbsxanasında vəfat edib. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->