Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan” bir müddətdir baxışda olan, "Turan Tovuz”la yoxlama oyununda da iştirak edən bosniya və herseqovinalı qapıçı ilə anlaşıb.
Qaynarinfo-nun məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Premyer Liqa təmsilçisinin qapısını yeni mövsümdə Semir Bukviç qoruyacaq. 1.88 m boya malik 32 yaşlı qapıçının sonuncu klubu vətənində "Sloboda Tuzla” olub. Karyerasının əksər hissəsini Bosniya və Herseqovina klublarında keçirən qolkiper Polşada legioner həyatı da yaşayıb.
"Araz-Naxçıvan” buna qədər legionerlərdən portuqaliyalı Nuno Miguel və braziliyalı Vandersonla 1 illik müqavilə imzalayıb.
Səbuhi Həsənov