
Naxçıvan sakini xeyli miqdarda silah-sursat tapıb.
Qaynar.info DİN-ə istinadən bildirir ki, Ordubad rayon sakini Arzu Haşımov tapdığı 3 ədəd nömrəsi silinmiş ov tüfəngini, "F-1" qumbarasını, "RQD-5" qumbarasını, 200 qram trotili, 9 ədəd patron darağını, 2 ədəd "UZRQM"-ni və 512 ədəd müxtəlif çaplı patronu könüllü olaraq Naxçıvan MR DİN-ə təhvil verib.
Araşdırma aparılır.
Qaynar.info