Xəbər lenti

Naxçıvanda da ümumtəhsil və peşə məktəbləri bağlandı
Ölkə12:47 03.03.2020

Naxçıvanda da ümumtəhsil və peşə məktəbləri bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mart ayının 4-dən 9-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində tədris prosesi  dayandırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, bu müddət ərzində həmin təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcək. 
Ümumtəhsil və peşə məktəblərində tədris martın 10-dan yenidən bərpa olunacaq.