Xəbər lenti

Naxçıvanda kriminal hadisə baş vermir?
Ölkə12:33 13.11.2017

Naxçıvanda kriminal hadisə baş vermir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Daxili İşlər Nazirliyi mütəmadi olaraq ölkədə baş verən yol-nəqliyyat hadisələri, qəzalar, silahlı insident, oğurluq, soyğunçuluq, dələduzluq və digər kriminal hadisələrlə bağlı məlumatlar açıqlayır. 
Diqqətçəkən məqam bu xəbərlərdə Naxçıvan Muxtar Respublikasının adının hallanmamasıdır. Maraqlıdır, bölgədə heçmi kriminal hadisə baş vermir? Verirsə, niyə açıqlanmır?
Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bütün baş verən hadisələr barədə bildirişlər dərhal Bakıya göndərilir:
"Faktlar barədə məlumatlar qanuni şəkildə hazırlanır və operativ şəkildə mərkəzə ötürülür. Naxçıvan Muxtar Respublikası ərazisində hər hansı kriminal fakt qeydə alınan kimi, bu barədə Bakıda məlumat olur”.
Eyni zamanda, bildirilib ki, Naxçıvan sabit bölgə olduğu üçün kriminogen durum nəzarətdədir.
Qaynarinfo.Az