Xəbər lenti

Naxçıvanda saxlanılan erməni geri qaytarıldı
Ölkə17:45 23.08.2016

Naxçıvanda saxlanılan erməni geri qaytarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avqustun 7-də Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində saxlanmış Ermənistan vətəndaşı bu gün qarşı tərəfə qaytarılıb.

Bu barədə Qaynarinfo.Az Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytına istinadən xəbər verir.

Məlumata görə, 7 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində saxlanılmış Ermənistan vətəndaşı, 1954-cü il təvəllüdlü Agetyan Henrix Sayrebekoviç 23 avqust 2016-cı il tarixdə Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində qarşı tərəfə qaytarılıb. 

Qaynarinfo.Az