Xəbər lenti

Naxçıvanda yeni fond sədri təyin edildi
Ekonomiks 09:34 01.08.2024

Naxçıvanda yeni fond sədri təyin edildi

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinə yeni sədr təyin edilib.

Qaynarinfo xəbər verir ki, Fondun yeni sədri Vüsal Novruzov seçilib.

Vüsal Novruzov uzun müddət bank-maliyyə sektorunda rəhbər vəzifələrdə çalışıb. 2007-2008-ci illərdə Mərkəzi Bankın Naxçıvan MR idarəsində sədrin köməkçisi olub. Daha sonra "Kapital Bank", "Azər Türk Bank", "Sara İnvest Holdinq", SR Group Company şirkətlərində müxtəlif rəhbər vəzifələrində işləyib. Yeni vəzifəsinə qədər isə Naxçıvan Dövlət Universitetinin Maliyyə şöbəsinin müdiri olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->