Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu gün Qəbələdə keçiriləcək III Zirvə toplantısında iştirak etmək üçün Azərbaycana gəlib.
Anspress xəbər verir ki, bu barədə Qazaxıstanın Prezident Administrasiyasının rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, dünən Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclası da keçirilib. Şura iclasının sonunda 4 ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq protokolu imzalanıb.
Şura 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən Avrasiyada sülh və stabilliyə töhfə vermək məqsədilə yaradılıb. Qurumun katibliyi İstanbulda yerləşir.
Qaynar.info