Xəbər lenti

Nazarbayev Bakıya gəlir
Siyasət10:16 23.07.2013

Nazarbayev Bakıya gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin avqustun ikinci yarısında Azərbaycana səfər edəcəyi gözlənilir. 

Bu barədə Trend-ə Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov deyib. Onun sözlərinə görə, Nazarbayev türkdilli ölkələrin növbəti sammitində iştirak edəcək.

Həşimov bildirib ki, sammit çərçivəsində Nazarbayevin Azərbaycan rəhbərliyi ilə görüşlər keçirməsi gözlənilir: "Görüşlərdə ikitərəfli əməkdaşlığın gələcəkdə genişləndirilməsi məsələləri müzakirə ediləcək".

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III sammiti avqustun ortalarında Bakıda keçiriləcək.

Qaynar.info