Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva oğlu 30 yaşlı Aysultan Nazarbayevin ölüm xəbərini təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti” məlumat yayıb.
15.00
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev vəfat edib.
Qaynarinfo xəbər verir ki, Qazaxıstan Senatının eks-spikeri Dariqa Nazarbayevanın oğlu olan Aysultan 30 yaşında dünyasını dəyişib.
"Aysultan Nazarbayev bu gecə Londonda dünyasını dəyişib. Ölüm səbəbi araşdırılır. İlkin məlumata görə, onun ölümünə səbəb ürək tutması olub. Digər detallar barədə hələ məlumat yoxdur”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Aysultan bir neçə ay əvvəl İngiltərədə özünü "Aysultan Rahat" kimi təqdim edərək siyasi sığınacaq istəmişdi. O, ailəsi tərəfindən təzyiqlərə məruz qaldığını bildirmişdi.