Xəbər lenti

Nazarov "Aue"dəki gələcəyi ilə bağlı hansı qərarı verib?
İdman07:24 12.04.2022

Nazarov "Aue"dəki gələcəyi ilə bağlı hansı qərarı verib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Millimizin üzvü gələcək karyerası ilə bağlı danışıb. 
Qaynarinfo xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi 6 ildir formasını geyindiyi "Aue”ni mövsümün sonunda tərk etməyə yaxındır. Bu, mövsmün sonunda komandanın 2-ci Bundesliqanı tərk edəcəyi halda baş verəcək. Komanda liqanı tərk edəcəksə Nazarovun müqaviləsi avtomatik şəkildə ləğv olunacaq və o, azad agent statusu daşıyacaq.
Futbolçu açıqlamasında bunar deyib: "Gələcəyimlə bağlı hələ heç kimlə heç nə danışmamışam. Çox nikbin insanam, həmişə ayağa qalxacağıma inanmışam. İndi iki gün özümü silkələyib, ailəmlə oturacağam. Sonra nəyin mümkün olduğuna baxacağıq. Əlbəttə, "Aue” rəhbərliyi ilə də bu barədə danışacağam”. 
Nazarovun karyerasını Azərbaycanda davam etdirmək ehtimalı da var. Belə ki, onunla danışıq aparan klublar arasında "Neftçi”nin adı olduğu bildirilir.
Səbuhi Həsənov