Xəbər lenti

Nazir gəlini Safura səhnəyə qayıdır? - VİDEO
Maqazin06:30 24.04.2017

Nazir gəlini Safura səhnəyə qayıdır? - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurandan sonra müğənnilik karyerasını donduran “Eurovision 2010” təmsilçimiz Safura Əliyevadan xəbər var.
"Qaynar" big.az-a istinadən xəbər verir ki, keçmiş müğənni bir neçə gün öncə rusiyalı həmkarı Vera Brejnevanın Heydər Əliyev Sarayındakı konsertini izləyənlər arasında olub.
Nazir gəlini “ATV maqazin onlarla” verilişinin müxbirinin ona ünvanladığı “Yenidən səhnəyə qayıdacaqsınızmı, müğənnilik fəaliyyətinizi davam etdirəcəksinizmi? – sualına “Yox, bu heç vaxt olmayacaq” - cavabını verib.
Qeyd edək ki, 2013-cü ildə ailə qurduqdan sonra müğənnilikdən uzaqlaşan və İstanbulda yaşayan S.Əliyevanın İskəndər adlı bir oğlu var. S.Əliyeva Türkiyədə gözəllik salonu və rəsm qalereyası açıb.
Qaynar.Az