Xəbər lenti

Nəriman Salmanovla bağlı rəsmi açıqlama: "İşdən azad olunmayıb" (YENİLƏNİB)
Ölkə16:32 09.03.2022

Nəriman Salmanovla bağlı rəsmi açıqlama: "İşdən azad olunmayıb" (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanovun işdən azad olunması ilə bağlı məlumat vermişdik.
Xəbərlə bağlı "Aztelekom" MMC-dən Qaynarinfo-ya açıqlama verilib. Bildirilib ki, Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanovun işdən azad olunması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
12.03
"Aztelekom" MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanov vəzifəsindən azad edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev müvafiq əmr imzalayıb. Nazirin digər əmri ilə  Sumqayıt Telekommunikasiya Qovşağının rəis əvəzi vəzifəsinə İqbal Süleymanov təyin olunub. 
Qeyd edək ki, bir müddət əvvəl "Aztelekom" MMC-nin Daxili Audit Şöbəsi tərəfindən Sumqayıt Telekommunikasiya Qovşağı da daxil olmaqla, müxtəlif tabeli qurumlarda audit yoxlamaları aparıb. KİV-də Qovşağın rəisi Nəriman Salmanovun həbs xəbəri yayılsa da, "Aztelekom" MMC təkzib etmişdi.